2007-ci ildən etibarən hər il yanvar ayının 28-i Beynəlxalq fərdi məlumatların müdafiəsi günü kimi qeyd edilir. Bu tarix istifadəçilərin virtual və real həyatının təhlükəsiziliyini təmin etmək üçün internetdə davranış qaydalarını xatırlatmaq üçün təsis edilib.
İnsider.az xəbər verir ki, bəzi ölkələrdə bu “Məxfilik günü” (Data Protection Day) adlnadırılır.
Bu günün qeyd edilməsinə dair 2006-cı ilin aprel ayının 26-da Avropa Şurasının nazirlər komitəsi qərar qəbul edib.
Bu gün Avropa Şurasının 1981-ci ilin yanvar ayının 28-də imzaladığı “Şəxsi məlumatların avtomatlaşdırılmış rejimdə işlənməsi ilə əlaqədar şəxslərin müdafiəsinə dair” Konvesniyanın ildönümünə müvafiqdir.
Bu Konvensiya, fərdi məlumatların qorunması sahəsində insan hüquqlarının şəxsi həyatının toxunulmazlığının qorunması mexanizmlərini müəyyən edən və “fərdi məlumatlar” anlayışının tərifini verən ilk beynəlxalq məcburi sənəd olmuşdur.
Şəxsi məlumatların qorunması müvafiq təhlükəsizlik tədbirlərindən istifadə edilməklə həyata keçirilməlidir ki, bu da təsadüfən və ya icazəsiz məhv edilmənin və ya təsadüfən itmənin, həmçinin fərdi məlumatlara icazəsiz daxil olma, dəyişdirilmə və yayılmasının qarşısını alır.
Fərdi məlumatların qorunması sahəsində Aİ qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri şəxsi məlumatların əldə edilməsini asanlaşdırmaq, fərdi məlumat bazaları sahibləri və menecerlərinin məsuliyyət səviyyəsini artırmaq, İnternet vasitəsilə fərdi məlumatların yayılma risklərini azaltmaq və fərdi məlumatların qorunması ilə məşğul olan orqanlara daha böyük inzibati səlahiyyət verməkdir.
Hal-hazırda işçi qruplar təkcə Avropada deyil, bütün dünyada məlumatların qorunması standartlarının səviyyəsini yüksəltmək məqsədi ilə Konvensiyanı yeniləmək üçün təkliflər hazırlayır.