Bu ilin yanvar-aprel ayı ərzində informasiya və rabitə müəssisələri 637,0 mln. manatlıq xidmət göstərib ki, onun da 71,7%-i əhali tərəfindən istehlak olunub.
İnsider.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,8%-i və ya 272,4 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.