Çinin “Shenzhen i365 Tech” adlı böyük şirkəti tərəfindən istehsal edilmiş ən azı 600 min GPS cihazında "123456" parolundan istifadə edilib. Bu haqda “Avast” antivirus həllərinin istehsalçısı məlumat verib.
İnsider.az “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, hakerlər başlanğıc ayar kimi müəyyənləşdirilmiş paroldan istifadəçilərin hesablarına müdaxilədə istifadə edə bilərlər. Bundan başqa, hakerlər istifadəçinin olduğu yeri saxtalaşdıra və ya dinləmək üçün mikrofona müdaxilə edə bilərlər.
Həmçinin hakerlər qurğunu əvvəlcədən nəzərdə tutulmayan əmrləri yerinə yetirməyə məcbur edə bilərlər, məsələn: GPS cihazın mikrofonunu dinləmək üçün telefon nömrəsi ilə zəng vurmaq, qurğunun telefon nömrəsini müəyyənləşdirmək üçün SMS mesaj göndərmək və sonra SMS-dən hücumda istifadə etmək.
© ICTnews