abbyy-den-biznese-dair-teklif

“ABBYY”-dən biznesə dair təklif

Mətn müəyyən edilməsi və dilçilik sahəsindəki tərtibatçı olan “ABBYY” mobil brauzerdə sənəd görüntülərinin müəyyən edilməsi üçün “Mobile Web Capture” servisini yaradıb. İnsider.az bunu “vc.ru”-ya istinadla xəbər verir.

Şirkətə verilənlərin ötürülməsi üçün istifadəçiyə link üzrə keçid etmək və sənədin üzərinə kameranı yönləndirmək kifayətdir. Bundan sonra alqoritmlər sənədi müəyyən edir, onun sərhədlərini təyin edir, görüntünü real zamanda emal edir, həmçinin verilənləri çıxarılma və təhlil üçün hazırlayırlar. Sonra istifadəçi ancaq göndərilməni təsdiqləməli olur.

“Mobile Web Capture” “JavaSсript”-də çalışır — aləti müştəri sənədlərinin emalı üçün olan istənilən servisə quraşdırmaq mümkündür. Servisi istifadəçilərin qeydiyyatı, müqavilənin bağlanılması, bron edilməsi və digər xidmətlərin göstərilməsi üçün istifadə etmək olar.

Servisin düzgün çalışması üçün istifadəçidə “Chrome 57” brauzeri və gec olan növ və ya “Safari 12.2” quraşdırılmalıdır.

Şirkətlər servisin sınaq versiyasını istəyə bilərlər. “ABBYY” servisinin dəyəri konkret layihənin məsələlərindən, o cümlədən emal edilən sənədlərin həcmindən asılıdır və hər müştəri üçün individual şəkildə təyin olunacaq.

Samirə Məmmədova