abs-daha-1000-herbicini-yaxin-serqe-yolladi

ABŞ daha 1000 hərbiçini Yaxın Şərqə yolladı 

ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şenahan daha 1000 hərbiçini İran ətrafındakı vəziyyətlə bağlı “müdafə məqsədilə” Yaxın Şərqə yollayıb.

İnsider.az bildirir ki, bu barədə ABŞ müdafiə nazirinin v. i. e. Patrik Şenahanın əlavə qüvvələr haqqında ABŞ Mərkəzi Komandanlığa bəyanatında deyililr.

“ABŞ Mərkəzi Komandalığının (CENTCOM) əlavə qüvvələr barədə sorğusuna və Birləşmiş Ştab Rəislərinin Komitəsinin sədrinin tövsiyyəsinə əsasən və Ağ Evin konsultasiyası ilə mən, müdafiə məqsədilə, Yaxın Şərqdəki hava, su və yerüstü təhdidlərin həlli üçün təxminən əlavə olaraq  1000 hərbiçiyə səlahiyyət vermişəm.

İranın yaxın zamanlarda baş tutan hücumları İran hərbi qüvvələrinin və onların güvəndiyi qrupların Birləşmiş Ştatların heyətinə  və regiondakı maraqlarına təhdid edən düşmən davranışı barədə aldığımız etibarlı və mötəbər məlumatı təsdiqləyirlər.

Birləşmiş Ştatlar İranla münaqişə axtarışında deyil. Bugünkü tədbirlər bütün region boyu işləyən həbçilərimizin təhlükəsizliyi və əmin-amanlığı və milli maraqlarımızın müdafiəsi üçün görülüb. Biz vəziyyəti diqqətlə izləməyə davam edəcəyik və kəşfiyyatın məlumatları və ehtimal olunan təhlükələri nəzərə almaqla, qüvvə dərəcələrinə mümkün qədər düzəlişlər edəcəyik, - deyə bəyanatda bildirirlir.