abs-dan-irana-yeni-sanksiyalar

ABŞ-dan İrana yeni sanksiyalar

ABŞ Prezidenti Donald Tramp, İraqdakı bazalara təşkil etdiyi hücumların ardından İrana yeni və daha ağır sanksiyalar tətbiq etdiklərini açıqlayıb. 

İnsider.az xəbər verir ki, Ağ Evdə təşkil edilən bir  tədbirdə danışan Tramp bildirib:
 
"İrana yeni sanksiyalar tətbiq etdik. Əvvəlkilər ağır sanksiyalar idi, indi bunlar ciddi şəkildə daha da artırılır. Qısa müddət əvvəl bunları təsdiqlədim, Xəzinə Nazirliyi açıqlayacaq".

Yeni sanksiyaların əhatəsinə dair danışmayan Tramp, açıqlandığında hər kəsin bu sanksiyaları görəcəyini söyləyib.

Marja