ABŞ “TikTok”un ölkədə bloklanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Hakimiyyət orqanları hesab edirlər ki, Çin şirkəti amerikalı gəncləri izləyir və prezident seçkisinə təsir edə bilər. Sosial şəbəkənin köməyi ilə Çin kəşfiyyat xidmətləri lazım olan bütün məlumatları əldə edirlər.
“ABŞ-nin ən böyük rəqibi ölkədə dominant media platformasına nəzarət edə bilməz. “TikTok” Çin Kommunist Partiyası tərəfindən idarə olunan “ByteDance” ilə əlaqələrinə son verməsə, şəbəkənin ABŞ-də “istifadə müddəti” başa çatıb”, - deyə ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Qallaxer bildirib.
Qeyd edək ki, ABŞ “TikTok”un ana şirkəti olan “ByteDance”in öz servisini başqa istifadəçiyə satmasında israrlıdır. Əks halda 170 milyon istifadəçi bloklanacaq. Lakin şirkətin sahibləri, çətin ki, bu addımı atsınlar.
Oxu.Az