ABŞ Hökumət Departamenti və Maliyyə Nazirliyi qərargahı Livanda yerləşən “Hezbolla” qruplaşmasının maliyyələşməsi barədə məlumatı ötürəcək şəxslərə 10 milyon dollar mükafat söz verib. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.
Qeyd edilir ki, pullar təşkilat sponsorlarının adlarını açıqlayana, bank köçürmələri haqda və ya “Hezbolla”-nın əlavə vəsait əldə etdiyi daşınmaz əmlak sövdələşmələri barədə məlumatı ötürənə çatacaq.
Agentliyin qeyd etdiyi kimi, ötürülmüş məlumata görə mükafat adətən axtarışda olan terroristlər barədə informasiyaya görə pulların köçürülməsi üçün istifadə edilən proqram üzrə hesaba köçürüləcək.
Mükafat 1984-cü ildən mövcuddur, lakin ilk dəfədir ki, o, individual şəxslər barədə yox, konkret təşkilat barədə məlumata görə veriləcək.
ABŞ “Hezbolla”-nı terrorist qruplaşması hesab edir və onu Yaxın Şərqdə İranın maraqlarından çıxış edən təşkilat kimi dəyərləndirir.
Müasir Livanda təşkilat ölkənin parlamentində 14 deputatla təmsil olunur. Onun nümayəndələri bir müddət Livan hökümətinə də daxil idilər.
Samirə Məmmədova