abs-in-qara-siyahi-sina-dusen-sirketlerin-sayi-artdi

ABŞ-ın “qara siyahı”sına düşən şirkətlərin sayı artdı

ABŞ “Huawei”-in ardınca daha beş Çin şirkətini “qara siyahıya" salıb.

İnsider.az “Bloomberg”-ə istinadla xəbər verir ki, məhdudiyyətlər altına düşən şirkətlərə ABŞ malları və xidmətlərini əldə etmək qadağan edilib.

Ticarət Nazirliyinin “qara siyahısına" “Chengdu Haiguang Integrated Circuit”, “Chengdu Haiguang Microelectronics Technology”, “Higon”, “Sugon” və Tszyannan kompüter texnologiyaları universiteti daxildir.

Nazirliyin bəyanatında bildirilir ki, bu şirkətlər “böyük ehtimalla”, ABŞ milli təhlükəsizliyinə və xarici siyasi maraqlarına zidd olan işlərə ya cəlb olunacaq, ya da artıq olunublar.

Qeyd edək ki, bu şirkətlərlə yalnız müvafiq lisenziya alan ABŞ şirkətləri əməkdaşlıq edə biləcəklər.

© Oxu.az