2021-2022-ci illərdə Beynəlxalq Kosmik Stansiyaya (BKS) onun ABŞ seqmentində quraşdırılması üçün “Dragon” yük gəmilərində dörd yeni günəş batareyasının çatdılması planlaşdırılır. İnsider.az bu bardə “RİA Novosti”-yə istinadla xəbər verir.
Rulon tipli günəş batareyaları mövcud ABŞ batareyalarının üzərindən genişləndiriləcək. Mənbənin sözlərinə görə, bu tip günəş batareyaları BKS-da 2017-ci ilin iyununda sınaqdan keçirilib.
Hazırda BKS-in amerikan seqmentində səkkiz günəş batareyası çalışır. Vaxt keçdikcə, onların funksionallığının effektivliyi aşağı düşür.
Samirə Məmmədova