ABŞ Meksika ilə immiqrasiya məsələləri üzrə razılığa gəlib.
İnsider.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində paylaşım edib.
Tramp yazıb: "ABŞ Meksika ilə imzalanmış şəkildə razılaşmaya nail oldu. Bazar ertəsinə planlaşdırılan rüsümların tətbiqi qeyri-müəyyən müddətə dayandırılıb".
ABŞ prezidenti qeyd edib ki, Meksika da öz növbəsində immiqrasiya siyasətini sərtləşdirəcək.