ABŞ senatorları olan respublikaçı Ted Kruz və demokrat Cin Şahin qanun layihəsi hazırlayıblar.
İnsider.az “Foreign Policy”-yə istinadla xəbər verir ki, ABŞ senatında bu təşəbbüsü mayın 13-ü təqdim etməli idilər.
Jurnal qeyd edir ki, məhdudiyyətlər xüsusilə Rusiya energetika layihələri üçün dərinsulu boru kəmərlərinin salınmasında iştirak edən şirkətlərə toxunacaq. Resusrs vurğulayır ki, sənəd birbaşa “ABŞ və Almaniya arasında münasibətlərdə gərginliyin səbəbinə” çevrilmiş “Şimal axını-2”-yə qarşı yönəlib.
Qanun layihəsinə əsasən, “Şimal axını-2”-nin tikintisində iştirak edən Avropa gəmiləri sansksiyaya məruz qala bilər. Təşəbbüs müəlliflərinin fikrincə, onlar “Rusiyada olmayan, lakin qərb energetika şirkətlərində olan texnoloji nou-xaudan istifadə edirlər”.
“Bu, mahiyyətcə, “Qazprom”-un boru kəməri layiələrinin tikintisi üçün texniki biliklərinin və texnologiyasının çatmadığı az sahələrdən biridir”, — deyə, jurnala Atlantik şurasında Avrasiya energetika məsələləri üzrə ekspert Aqniya Qriqas şərh edir.
Qeyd edək ki, ABŞ, bəzi Şərqi Avropa ölkələri və Baltikyani respublikalar qaz kəmərinin tikintisinə qarşı çıxırlar. Onların fikrincə, “Şimal axını-2” Rusiyaya “siyasi təzyiq üçün daha bir alət” təqdim edə bilər.
Bu layihənin “yüksək sanksiya riskinə” malik olmasını daha əvvəl ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell də söyləmişdi.
Kremldə isə belə bəyanatları ABŞ hakimiyyətinin avropalıları ABŞ-dan daha bahalı mayeləşdirilmiş qaz almağa məcbur etmək cəhdi ilə bağlayırdılar.
Samirə Məmmədova