abs-sirketleri-cini-terk-edir

ABŞ şirkətləri Çini tərk edir

Çin mallarına olan gömrük rüsumlarının əhəmiyyətli artımı şirkətləri istehsalatı Çindən Vyetnama və digər ölkələrə köçürməyə vadar edir.

İnsider.az-ın məlumatına əsasən, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib və əlavə edib ki, günahkar çinlilərin özləridir.

ABŞ prezidentinin qeyd etdiyinə görə, ABŞ və Çinin çox yaxşı ticari saziş variantı var idi, lakin Pekin hər şeyi dəyişmək qarərına gəldi.

“Mən dedim: okey, onda biz rüsumları qaldırırıq”, — deyə Tramp bildirib.

O, Çin üzrə tutduğu mövqeyə görə keçmiş vitse-prezident Co Baydeni də tənqid edib. “O, bəyan edib ki, Çin bizə rəqib deyil. Çin isə olduqca güclü rəqibdir. Onlar bütün dünyanı zəbt etmək istəyirlər”, — prezident deyib.

Xatırladaq ki, mayın 10-u Vaşinqton ABŞ-a idxal olunan çin mallarına rüsumları 10%-dən 25%-dək artırıb. Çin höküməti isə “təəssüflə” buna cavab tədbirləri götürəcəklərini bəyan etdilər.

Samirə Məmmədova