ABŞ şirkətləri, prezident Donald Trampın qadağalarına baxmayaraq, “Huawei” üçün prosessor tədarükünü davam etdirirlər.
İnsider.az xəbər verir ki, bu barədə “The New York Times” özəl mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, “Intel” və “Micron Technology” öz məhsullarını hələ də “Huawei” şirkətinə satır.
Bildirilir ki, həmin şirkətlər Çin telekommunikasiya nəhənginə ABŞ-ın xaricində istehsal olunmuş məhsulları çatdırır. Buna görə də Trampın qadağasının Amerika şirkətlərinin bu məhsullarına şamil edilmədiyi qeyd olunur.
© Apa.az