acer-cip-cetinliyine-gore-telebin-yarisini-qarsilaya-bilmirik

Acer: Çip çətinliyinə görə tələbin yarısını qarşılaya bilmirik

Dünyanın ən böyük kompüter istehsalçılarından biri olan Tayvanın Acer şirkəti, qlobal çip tədarük çətinliklərinin kompüter istehsalına mənfi təsir etdiyini və qlobal tələbin 50%-ini ödəyə bilmədiklərini açıqlayıb. 

Acer-in Baş direktoru Tiffany Huang, "The Guardian" qəzetinə verdiyi açıqlamasında, "Çox ciddi bir çip çətinliyi ilə qarşı-qarşıyayıq və bu vəziyyət gələn ilin ilk ya da ikinci rübünə qədər davam edəcək" ifadələrini istifadə etmişdi.

Huangın istehsal üçün kafi çip tədarük edilə bilinmədiyini qeyd etməsinə baxmayaraq, Acer yeni məhsullarını ilin ikinci yarısında satışa çıxaracağını açıqlamışdır.

Qeyd edək ki, dünyanın ən böyük çip istehsalçılarından biri olan İntel yarımkeçiricilərdə yaşanan qıtlığın bir neçə il davam edəcəyini bildirib.

Marja