ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” korporasiyasının banisi Ceff Bezos ölkənin Smitson universitetinə 200 milyon ABŞ dolları ianə edəcək.
Bu, 1846-cı ildə qoyulmuş muzey və elmi-tətqiqat kompleksinin tarixində ən böyük ianədir.
Həmin pulun 70 milyon dolları Milli Aviasiya və Kosmik Muzeyinin renovasiyasına yönəldiləcək. Qalan 130 milyon dollar isə bu muzeyin tərkibində C.Bezosun adını daşıyacaq yeni təhsil mərkəzinin yaradılmasına xərclənəcək. Vaşinqtonda yerləşəcək həmin qurumun bazasında gəncləri elmi-texniki sferada işləməyə sövq edəcək elmi proqramlar keçiriləcək.
Report