adobe-sirketi-vaxtile-populyar-flash-player-texnologiyasinin-isini-dayandirir

“Adobe” şirkəti vaxtilə populyar “Flash Player” texnologiyasının işini dayandırır

“Adobe” şirkəti 3 il bundan əvvəl “Flash Player” texnologiyası üzərində aparılan hazırlamaların və ona dəstəyin dayandırılacağını elan etmişdi. İndi şirkətin rəsmi saytında uzun illər multimedia onlayn kontenti üçün trend təyin edən vaxtilə populyar olan bir standartın işinin dayandırılması ilə əlaqədar dəqiq tarix göstərilib.

İnsider.az xəbər verir ki, “Adobe” şirkətinin bəyanatına görə, cari il dekabrın 31-də “Flash Player” texnologiyasının yayılması və dəstəyi dayandırılacaq – şirkət yükləmə səhifəsini siləcək, brauzerlərdə isə “Flash” məzmunun işə salınması bloklanacaq. “HTML5”, “WebGL” və “WebAssembly” texnologiyaları köhnəlmiş standarta alternativ olacaq. “Adobe” şirkətinin nümayəndələrinin sözlərinə görə, 2017-ci ildə “Flash Player” texnologiyası üzərində hazırlamaların dayandırılmasının elan edilməsindən sonra tərtibatçı və dizaynerlər öz məzmunlarını aktual formata çevirmək üçün kifayət qədər vaxta malik olublar.

Şirkət, həmçinin istifadəçilərə “Flash Player” plaqinini silməyi və rəsmi dəstəyin dayandırılmasından sonra onu kənar mənbələrdən yükləməməyi tövsiyə edib. Bundan əvvəl “Google Chrome” və “Mozilla Firefox” brauzerlərinin tərtibatçıları “Flash” plaqinləri deaktiv etmişdilər.

ICTnews