ABŞ Ağ Evinin inzibati-büdcə idarəsi direktorunun v.i.e. Rassel Vout hesab edir ki, Çinin “Нuawei” məsulunun istifadəsinə qoyulmuş məhdudiyyət Amerika şirkətləri üçün mənfi nəticələrə gətirib çıxaracaq.
İnsider.az “The Wall Street Journal”-a istinadla yazır ki, bu barədə onun ABŞ vitse-prezidenti Mayk Pensə və ABŞ Konqresinin doqquz üzvünə göndərilmiş məktubunda deyilir.
Bununla bağlı Vout “Huawei” məhsuluna qoyulacaq qadağanın tətbiqini ertələməyi təklif edir.
Sənəd 4 iyun tarixilə qeyd olunub.
Məktubda deyilir ki, bu məhdudiyyətlər hökumət üçün avadanlıq təchiz edən şirkət sayının “kəskin azalmasına” gətirib çıxaracaq. Bundan başqa, qanun “Huawei” avadanlığının populyar olduğu kənd təsərrüfatındakı ABŞ şirkətlərinə mənfi təsir edəcək. Rassel Vout təklif edir ki, Amerika şirkətləri üçün çin istehsalçılarla əməkdaşlığa qoyulmuş məhdudiyyətlər qanun iki il sonra yox, qəbul edildikdən dörd il sonra qüvvəyə minsin.
Qeyd edək ki, “Нuawei” sədri məktubu şərh etməkdən imtina edib. ABŞ Ağ evindən “WSJ”-yə bildirilənə görə, məktub ABŞ-ın “Huawei”-yə münasibətdə siyasətinin dəyişəcəyi mənasına gəlmir və çin şirkətinə qarşı planlaşdırılmış məhdudiyyətlərə təsir göstərməyəcək.
Samirə Məmmədova