ag-evin-youtube-sehifesinde-serh-yazmaq-funksiyasi-sondurulub

Ağ Evin “YouTube” səhifəsində şərh yazmaq funksiyası söndürülüb

“YouTube” videohostinqinin istifadəçiləri Ağ Evin rəsmi hesabındakı videoların altında şərh yazmaq imkanlarını itiriblər.

Sözügedən kanalda, videonun altındakı şərhlər bölməsində “Şərhlər bağlanılıb” bildirişi meydana çıxıb.

İstifadəçilər nə yeni şərh yaza, nə də əvvəlki şərhləri oxuya bilirlər.

Bu qərarın kim tərəfindən verildiyi hələ ki açıqlanmır.

Ağ Ev məsələyə münasibət bildirməyib.