agstafa-goranboy-ve-sabrana-yeni-icra-bascisi-teyin-edilib

Ağstafa, Goranboy və Şabrana yeni icra başçısı təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyəti başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.  

İnsider.az xəbər verir ki, sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Məhərrəm Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısı Novruz Nəcəf oğlu Novruzovu Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.