ai-herbi-oyunlar-vasitesile-kiberhucumlara-hazirlasacaq

Aİ “hərbi oyunlar” vasitəsilə kiberhücumlara hazırlaşacaq

 İyulun 1-i Avropa İttifaqı sədrliyinin verildiyi Finlandiya üçün Rusiya və Çin tərəfindən kiberhücumların qarşısının alınmasına dair Aİ siyasətçilərinin hazırlığı ilə “hərbi oyunlar” keçirmək niyyətindədir. İnsider.az bunu Britaniyanın “The Guardian” və “Financial Times” qəzetlərinə istinadla xəbər verir.

Dövlət məmurlarından müdafiə ssenarilərinin hazırlanması gözlənilən xüsusi məşğələlər iyul və sentyabrda Helsinkidə Aİ ölkələrinin daxili işlər və maliyyə nazirlərilə birgə keçiriləcək.

Finlandiya kibertəhlükəsizlik məsələlərini Avroittifaqdakı altı aylıq sədrliyi ərzində prioritetlərdən biri elan edib. 
“Guardian” xatırladır ki, Helsinki Rusiyanı, fin ordusu 2018-ci ilin noyabrında Norveçdə NATO-nun hərbi təlimlərində iştirak etdiyi vaxt onun GPS siqnallarının bloklamasında ittiham edir.

Həmçinin Kremli də Kimyəvi Silahın Qadağan Olunması üzrə Təşkilatın (kimyəvi silaha müşahidə üzrə beynəlxalq təşkilat) qərargahına kiberhücum cəhdində ittiham edirdilər. Bu əməliyyat, britaniyalı nəşrin göstərdiyinə görə, Hollandiyalı hərbi kəşfiyyat tərəfindən pozulub.

Öz növbəsində Amerikan-İsrael “Cybereason”-un mütəxəxssisləri iyunun 25-də Çinin marağında olan telekommunikasiya şirkətlərinə edilən qlobal kiberhücum barədə xəbər verib.

Qeyd edək ki, Moskva və Pekin isə xakerliklə əlaqələrinə dair istənilən ittihamları daima inkar edirlər.

Samirə Məmmədova