Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə təhlükəsizlik səbəbilə şəxsi və korporativ telefonlarında “TikTok” tətbiqindən istifadəni qadağan edib.
Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb.
Aİ-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Çin texnologiya firmasına məxsus “TikTok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur.
ABŞ-də rəsmi xidmət üçün istifadə olunan cihazlarda “TikTok”dan istifadə qadağan edilib.
Oxu.Az