ai-meyin-istefa-qerarina-hormetle-yanasir

Aİ Meyin istefa qərarına hörmətlə yanaşır

AFR kansleri Angela Merkel Britaniya baş naziri Tereza Meyin istefa qərarına hörmətlə yanaşır. İnsider.az bu barədə “Korrespondent”-ə istinadla xəbər verir.

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı ətrafındakı hadisələrin sonrakı inkişafı ölkədəki daxili siyasi vəziyyətdən asılıdır və federal dövlət bunu şərh etmir. Almaniya əvvəlki kimi nizamlanmış “Brexit” istəyir. Bunun üçün isə Londonun Aİ ilə sazişinin Britaniya parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

Avrokomissiya rəhbəri Jan-Klod Yunker Tereza Meyi mərd qadın adlandırıb və, onun rəsmi nümayəndəsinin sözlərinə görə, Meyin istefa qərarına təəssüflənib.

Fransa prezidenti Emmanüel Makron isə Tereza Meyi “cəsurluğa” görə tərifləyib və bildirib ki, “onun qərarının aqibəti barədə nəticə çıxarmaq hələ tezdir”.

Samirə Məmmədova