ai-musterek-mudafie-fondunun-yaradilmasini-tesdiqleyib

Aİ müştərək müdafiə fondunun yaradılmasını təsdiqləyib

Aprelin 18-i Avroparlament müştərək müdafiə fondunun yaradılmasını təsdiqləyib. İnsider.az “Korrespondent”-ə istinadla bildirir ki, müvafiq təşəbbüsü 328 deputat dəstəkləyib, 231-i əleyinə çıxıb, əlavə 19-u isə səsvermədə bitərəf qalıb.

Gələcək fond müdafiə sənayesinə innovasiya cəlb etməli, xüsusilə də yeni silahlanma sistemlərinin inkişafına kömək etməlidir.

Deputatlar bu məsədlərə 13 milyard avro ayırmağı tövsiyyə edir. Yekun məbləğ Avropa İttifaqının 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsi barədə danışıqlar zamanı müzakirə olunacaq.

Qeyd edək ki, təşəbbüsün tənqidçiləri arasında Almaniyanın Sosial-Demokrat partiyasının üzvləri Martina Verner və Arne Lits var. Vernerin fikrincə, milli müdafiə sistemlərinin Aİ səviyyəsində birləşməyə tədricən inteqrasiyası daha rasional addım olardı. Avrodeputat müdafiə sənayesinin subsidiyalaşmasını “yanlış yol” adlandırıb. Öz növbəsində Lits vurğulayıb ki, bu cür fondun meydana gəlməsi “müdafiə sənayesi üçün hədiyyələr” ifadə edəcək və bununla da qənaət etməyə imkan verməyəcək.

Mart ayında Xristian Demokrat İttifaqının (XDİ) sədri Anneqret Kramp-Karrenbauer bəyan etdi ki, Almaniya ilə Fransa birgə hərbi təyyarə layihəsi üzərində çalışırlar, digər ölkələr isə “iştirak etməyə dəvət olunur”. XDİ partiyasının sədri qeyd edib ki, növbəti addım – yəni aviadaşıyıcının müştərək yaradılması – Aİ-nin təhlükəsizlik və sülh məsələlərində qlobal rolunu vurğulayacaq.

Bir qədər sonra AFR kansleri Angela Merkel də müştərək avropalı aviadaşıyıcısının yaradılması layihəsini dəstəkləyib.

Samirə Məmmədova