“Airbus” eksperiment kimi “Flight Lab” adını almış “A350-900” təyyarəsinin salonunu uçuş zamanı sərinişinlərin vərdişləri və davranışı barədə verilənlərin yığımı üçün sensorlarla təchiz edib.
İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.
Şirkət sınaqları 2019-cu ilin sonuna kimi aparmağı planlaşdırır. Sistem kommersiya reyslərində hələ ki, test edilməyib.
Toplanmış verilənlərin vasitəsilə şirkət reyslərdə xidmətin göstərilməsi üçün ərzaq və digər malların tədarükünü optimallaşdırmağı dşüünür. Xüsusilə, “Airbus” bortbaxıcıların, misal üçün, sabun və ya tualet kağızı ehtiyyatını nə qədər tez-tez doldurmağı bilmələri üçün tualet otaqlarının istifadə tezliyini izləyəcək.
Sistem verilənləri sensorlardan göyərtədəki “Wi-Fi” üzərindən toplayır, sonra onları ekipaja, yerə enmədən sonra isə aviaşirkətlərə ötürür. Həmçinin “Airbus” salonda videokameraları qoşmağı planlaşdırır. Kameralar ayaqyoluna olan növbələri izləyib rəqəmsal tabloya gözləmənin təqribi vaxtı barədə məlumatı ötürəcək.
Samirə Məmmədova