Prezident İlham Əliyev "Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, sərəncamda deyilir:
"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:
1. Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.
2. Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin.
3. Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.
4. Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.
5. Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".