“Deloitte” Beynəlxalq Konsaltinq şirkəti beşinci nəsil rabitə şəbəkələri ilə (5G) koronavirus infeksiyalarının sayının artması arasında mümkün əlaqə barədə araşdırma aparıb.
Nəticədə, COVID-19-un 5G texnologiyası ilə yayıldığı iddia edilən nəzəriyyə mif sayılıb.
Bu barədə “RİA Novosti” xəbər verir.
“Bu mümkün deyil. COVID-19 – virusdur və hava-damcı yolu ilə insandan insana ötürülür. Viruslar radio dalğaları vasitəsilə yayıla bilməz”, - deyə araşdırma müəllifləri bildiriblər.
Mütəxəssislər 5G-nin insanların immunitet sistemini zəiflədə biləcəyinə dair müzakirələrin də həqiqətə uyğun olmadığını vurğulayıblar.