Alimlər kvant fizikasında Albert Eynşteynin "məsafədə baş verən hadisələrin dolaşıqlığı" kimi təsvir olunan fenomenin ilk görüntüsünü əldə edə biliblər.
İnsider.az “BBC”yə istinadən xəbər verir ki, sözügedən foto iki hissəciyin qarşılıqlı təsirini və eyni anda eyni fiziki parametrlərə malik olduğunu üzə çıxarıb.
Bu cür halın yaranmasına hissəciklərin bir-birindən nə dərəcədə böyük məsafədə olmasının fərqi yoxdur. Elementar hissəciklər arasında bu cür bağlılıq kvant mexanikasında həmin fenomeni xırdalıqlarınadək təsvir etmiş John Bellin adını daşıyır: "Bell dolaşıqlığı".
Qlasqo universitetinin fizika və astronomiya şöbəsindən Paul-Antoine Moreau qeyd edib ki, alimlərin əldə etdiyi foto "təbiətin təməl xüsusiyyətinin zərif bir nümayişidir".
Onun sözlərinə görə, əldə olunmuş nəticə kvant hesablamaları və yeni görüntü növlərinin yaradılması üçün faydalı ola bilər.
"Dolaşıqlıq" fenomeni Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinə, ilk baxışdan, ziddir. Eynsteyn kvant mexanikasında bu fenomenə "kvant dolaşıqlığı" adını, "dolaşıq" hissəciklərin arasında məsafənin böyüklüyündən asılı olmayaraq, eyni anda qarşılıqlı təsirə məruz qaldığına görə verib.
Fizik John Bell bu konsepsiyanı konkretləşdirərək onun nəzəri modelini işləyib hazırlayıb.
"Bell dolaşıqlığı" fenomeni hazırda kvant hesablama proseslərində və kriptoqrafiyada istifadə olunur.
İndiyədək "dolaşıq hissəciklərin" vahid görüntüsünü əldə etmək mümkün olmamışdı.
©APA