alimler-istenilen-sethe-stiker-kimi-yapisdirila-bilen-batareya-hazirlayiblar

Alimlər istənilən səthə stiker kimi yapışdırıla bilən batareya hazırlayıblar

Alimlər, demək olar ki, istənilən səthə stiker kimi yapışdırıla bilən batareya hazırlayıblar. Bu haqda Koreya Enerji Tədqiqatları İnstitutunun alimlərinin "Chemical Engineering Journal" jurnalında dərc edilmiş elmi işində məlumat verilib.

İnsider.az xəbər verir ki, daha yüngül və yığcam daşınan qurğulara, həmçinin yüksək funksionallığa malik "Əşyalar interneti" qurğularına tələbat artdıqca elektrik enerjisinin toplanılması, saxlanılması və idarə edilməsi üzrə yeni texnologiyalara ehtiyac da yüksəlir. Bu tələbatı təmin etmək üçün alimlər enerji mənbəyindən başqa əlavə funksiyaları olan enerji saxlama qurğularının yaradılması üzərində çalışırlar.

Daşınan qurğularda istifadəsi rahat olmaq üçün sözügedən hazırlama istifadəçinin hərəkəti zamanı formasını dəyişdirmək imkanına malik olmalıdır.

Yeni tədqiqatda alimlər enerjinin toplanılması üçün stiker kimi istənilən səthə yapışdırıla bilən mikroplyonkalı çox nazik kondensator hazırlayıblar.

Hazırlanmış qurğu asanlıqla əyilir və ilkin vəziyyətinə geri qayıdır, bu halda öz funksionallığını itirmir və onun səmərəliliyi analoqları ilə müqayisədə 13 dəfə yüksəkdir.

ICTnews