Çin, Almaniyanın da "Huawei"-ni qadağan etməsi vəziyyətində, milyonlarla Alman avtomobilin satıldığı ölkə olaraq cavab verəcəyini açıqlayıb.
Çinin Almaniyadakı səfiri Vu Ken, Huawei-nin 5G sahəsində Almaniya bazarından xaric edilməsi halında, Çin hökumətinin cavab verəcəyini söyləyib.
Səfir Vu Ken Şənbə günü etdiyi açıqlamada, "Əgər Almaniya hökuməti Huawei-ni Almaniya bazarından xaric edəcək bir qərar versə, bunun sərt nəticələri olar. Çin hökuməti buna laqeyd qalmayacaq" şəklində bildirib.
Çinin Huawei-in 5G avadanlıqları ilə casusluq etdiyi bildirilir. "Huawei" isə casusluq və təxribat iddialarını dəfələrlə rədd edib.
Çin Almaniyanın avtomobil istehsalçılarının ən böyük bazarıdır.
Marja