Yük maşınları get-gedə daha çox dizel yanacağı "yeyir", şəhərləri çirkləndirir və iqlim dəyişikliyinə səbəb olurlar. Almaniya hesab edir ki, çox güman, böyük qurğuların enerji ilə təmin edilməsi üçün hava xəttlərinin istifadəsilə buna cavab tapıb. Insider.az bu barədə "CNN"-ə istinadla xəbər verir.
Almaniya hökumətinin yaydığı məlumata əsasən, yük maşınlarına elektrik enerjini hava kabellərindən almağa imkan verən sistem avtobandan 10 kilometr boyu (6,2 mil) çərşənbə axşamı istismara verilib.
Bu, Almaniyada ictimai yol üzrə ilk belə testdir.
"Siemens" (SIEGY) şirkəti tərəfindən işlənmiş sistem xüsusi avadanlıqları tavanlarında quraşdırılmış iri qurğulara saatda 90 kilometrə qədər (saatda 56 mil) sürətlə hərəkət zamanı elektrikləşdirilmiş xətlərə qoşulmağa imkan verir.
Hava xətlərinə qoşulduqda, yük maşınları elektrik mühərriklə işləyir, adi yollara qayıtdıqda isə hibrid sistemlə çalışır. Sensorlar hava simlərinin əlçatan olduğu vaxtı müəyyən edirlər.
"Siemens" söyləyir ki, onun "eHighway" sistemi özündə elektrik relsin effektivliyilə yükdaşımaların çevikliyini birləşdirir. Daha bir fayda CO2 tullantılarınin və azot oksidlərinin kəskin azalmasıdır.
Yol faydaları
"Siemens" iddia edir ki, sistem mövcud yol infrastrukturu ilə inteqrasiya edilə bilər. Bunu onu dəmir yollarının mümkün olmadığı yerlərdə tullantı və enerji sərfiyyatının azalmasının praktiki üsuluna çevirir.
Çərşənbə axşamı günü açılmış yol hissəsi Frankfurt hava limanı, qlobal nəqliyyat habı və ən yaxın sənaye parkı arasındakı ən mühüm bağlayıcı bəndin hissəsidir. Tezliklə bu sistemi olan daha iki şosse açılacaq. Almaniya höküməti bu sistemi istifadə edə biləcək yük maşınlarının hazırlanmasına 70 milyon avro (77 milyon dollar) sərf edib. "Siemens" bildirib ki, yük maşının sahibi 100 min km-dən çox (62,137 mil) uzunluğu olan yolun yanacağına 20 min avro (22,370 dollar) qənaət edə bilər.
Ekoloji təkan
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hissəsi olan Beynəlxalq Nəqliyyat Forumuna əsasən, yük maşınları ilə daşımalar dünyada neftə olan tələbatın ən tez artan mənbəyidir.
Qrupun məlumatına əsasən, yol yükdaşımaları da qlobal CO2 tullantılarının 2050-ci ilə kimi proqnozlaşdırılan artımının 15%-ni təşkil edəcək. Çıxış yolu dəmir yolları və elektriklə hərəkət elektrik avtomobillərindədir.
Qeyd edək ki, "eHighway" texnologiyasının testləri və nümayişləri daha kiçik miqyasda İsveçdə və ABŞ-ın Los-Anceles və Lonq-Biç limanları yaxınlığında keçirilmişdir.
Samirə Məmmədova