“Robotics Fulfillment” şöbəsinin rəhbəri Skott Anderson bildirib ki, yaxın 10 ildə “Amazon”-un tamamilə avtomatlaşdırılmış anbarları olmayacaq.
İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.
“İndiki vəziyyətdə texnologiyalar olduqca məhduddur. Onlar hələ ki, bizə lazım olan tam avtomatlaşdırılma səviyyəsindən çox-çox uzaqdırlar”, — Anderson bildirir. Agentlik qeyd edir ki, ən azı riteylerlərə bir neçə əşyanı eyni vaxtda daşıya biləcək və ya səbətdən digərlərini zədələmədən lazımi əşyanı seçəcək sistemlər lazımdır.
Həmçinin şirkətdən bildiriblər ki, ərzaq çatdırılması zamanı robotlardan istifadə etmirlər. “Amazon” robotları hələ ki, ancaq müxtəlif mal kateqoriyalarının – lampalar və geyimdən tutmuş velosipedlərə qədər – daşınması üçün istifadə edir.
Qeyd edək ki, ABŞ-da şirkətin 110 anbarı, 45 çeşidləşdirici mərkəzi və 50-ə yaxın çatdırılma məntəqəsi varıdır. Bütün bunlarda 125 min adam çalışır.
Samirə Məmmədova