amazon-odenissiz-musiqili-servis-ise-salmagi-planlasdirir

“Amazon” ödənişsiz musiqili servis işə salmağı planlaşdırır

Dünyanın ən iri internet-mağazası olan “Amazon” öz ödənişsiz musiqili servisinin yaradılması üzərində çalışır.

İnsider.az bu barədə “Billboard”-a istinadla verir.

Resurs həmsöhbətçilərinin sözlərinə görə, yeni servis “Echo” “ağıllı” səs ucaldıcılarda əlçatan olacaq, lakin onun kataloqunun məhdud sayda olacağı deyilir.

Servis isə artıq aprelin 22-dən sonra işləyə biləcək.

Ödənişsiz musiqi translyasiyasına lisenziya almaq üçün “Amazon” bir neçə səsyazma studiyalarına dinləmə zamanı reklam sayından asılı olmayan fiks olunmuş ödənclər təklif edib. Ətraflı şərh verməkdən isə “Amazon” şirkəti imtina edib.

Xatırladaq ki, “Amazon”-un ödənişli “Amazon Music” servisi də mövcuddur.

Samirə Məmmədova