amazon-oz-anbarlarinda-qablasdirici-robotlarin-qurasdirilmasi-barede-dusunur-her-biri-24-iscini-eve

“Amazon” öz anbarlarında qablaşdırıcı robotların quraşdırılması barədə düşünür – hər biri 24 işçini əvəzləyəcək

“Amazon” şirkəti işçilərin bir qismini qablaşdırıcı robotlarla əvəzləmək fikrinə düşüb. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.

Robot-qablaşdırıcı konveyerlərdəki malları skan edə və onları qutulara yığıb qablaşdıra bilir. Son illər “Amazon”, mənbələrin dediyinə görə, texnologiyanı bir neçə anbarında test edib.

Onların sözlərinə görə, bu dəfə şirkət bu maşınların onlarla anbarda tətbiqi barəsində düşünür. Onlar hesablayıb ki, hər robot 24 nəfərə kimi əməkdaşı əvəzləyə bilər. Ümumi olaraq potensial ixtisarlar “Amazon”-un 55 amerikan mərkəzinə və onların 1300-dən çox əməkdaşına toxuna bilər.

Bir qabşadırıcı robot 1 milyon dollara başa gələ bilər və istismarına əlavə xərclər tələb olunur. “Amazon”, mənbələrin hesab etdiyinə görə, bu xərcləri iki ilə bağlamağı planlaşdırır.

Qəzet yazır ki, şirkət “CMC Srl” italyan şirkətinin “CartonWrap” qablaşdırıcılarını və öz “SmartPac” robotlarını test edir. “CartonWrap” saatda 600-700-ə qədər qutu qablaşdıra bilərlər – bu, adi insan işçisinin etdiyindən 4-5 dəfə çoxdur. Bu cihazlar insan köməyini tələb edirlər – bir nəfər malları yükləməli, o biri isə, qutuların yapışdırılması ilə bağlı mümkün problemləri aradan qaldırmalıdır. “Amazon”-da texnologiyanın kütləvi istifadəsinin başlanma tarixi hələ ki naməlumdur.

Qeyd edək ki, şirkətin özündə çatdırılma prossesini tezləşdirmək, istehsalatda təhlükəsizliyi gücləndirmək və şirkətin şəbəkələrinin effektivliyini artırmaq üçün tərtibatı test etdiklərini bildiriblər. Qənaət olunmuş vəsaitləri şirkət yeni iş yerlərinin yaradılmasına kömək edəcək olan müştərilər üçün yeni servislərə yatırım etməyi planlaşdırır.

Samirə Məmmədova