amazon-reklamindaki-suari-alicilari-ozunden-cixartdi-foto

“Amazon” reklamındakı şüarı alıcıları özündən çıxartdı – FOTO

İnternet-reteyler “Amazon” təbiət qoynunda istirahət üçün çadır reklamlarında qadınları təhqir etdiyinə görə tənqid olunub.

Bu barədə “Daily Star” xəbər yayıb.

Belə ki, məhsulun təsvirində “Hətta qadınlar da bunu edə bilər” yazılıb.

Alıcılar reklamdan hiddətlənərək, mağazanı seksizmdə günahlandırıblar. Onların sözlərinə görə, sonuncu dəfə qadınlara 1950-ci ildə belə davranılıb. Alıcılardan biri şirkəti artıq özünün “qara siyahı”sına saldığını dpeyib və bir daha ordan heç nə almayacağını vurğulayıb.

“Amazon” reklamı silib və müştərilərdən üzr istəyib.

“Bütün satıcılar mallarını saytımızda yerləşdirmək üçün qaydalarımıza əməl etməlidirlər. Bunu etməyənlər hesablarının silinməsi də daxil olmaqla bir sıra sanksiyalara məruz qalacaqlar”, - deyə internet -reteylerin mətbuat xidmətindən bildirilib.