ABŞ sakinlərinin yarıdan çoxu hesab edir ki, feysbuk sosial şəbəkəsi cəmiyyətə mənfi təsir göstərir.
Bu barədə "The Washington Post" qəzetinin dərc etdiyi sorğunun nəticələrində deyilir.
Bu fikri sorğu iştirakçılarının 56%-i bölüşür. Respondentlərin 10%-i əmindir ki, feysbukun cəmiyyətə müsbət təsiri var, daha 33%-i sosial şəbəkənin nə müsbət, nə də mənfi təsir göstərdiyi qənaətindədir.
Bundan əlavə, araşdırma göstərir ki, ABŞ istifadəçilərinin yarıdan çoxu bu və ya digər şəkildə sosial şəbəkələrə etibar etmir.
Sorğu noyabrın 4-dən 22-dək ABŞ-da 1 122 internet istifadəçisi arasında aparılıb.