amsterdam-cin-kameralarindan-imtina-edir

Amsterdam Çin kameralarından imtina edir

Amsterdam şəhər bələdiyyəsi "insan hüquqları və casusluqla bağlı narahatlıqlara görə" Çin istehsalı olan kameralardan istifadəni dayandıracaq.

Bunu Şəhər Şurasının İnformasiya və Kommunikasiya Texnologiyaları Siyasəti üzrə üzvü Aleksander Şolts deyib.

O, Şuraya yazdığı məktubda Çin kameralarının beş il ərzində mərhələli şəkildə ləğv edilməsinin planlaşdırıldığını vurğulayıb.

Məlumata görə, hazırda Amsterdamda 1280 Çin kamerası müxtəlif bələdiyyə tapşırıqlarını yerinə yetirmək, o cümlədən açıq havada müşahidə və ya yollarda nəqliyyatın hərəkətini izləmək üçün istifadə olunur.

Oxu.Az