Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin rele avadanlıqlarının alınması (1), təmizlik işləri üçün təsərüffat mallarının alınması (2), eləcə də inzibati binasında və struktur bölmələrində cari təmir-tikinti işlərinin aparılması (3) üçün elan etdiyi açıq tenderlərin nəticələri ləğv olunub.
Bu barədə qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən qəbul edilib.
Xatırladaq ki, sözügedən tenderlərdə müvafiq olaraq "Compusale Technologies", "İntellekt M.A" və "SLB Construction" MMC-lər qalib elan olunub.
Onlarla müvafiq olaraq 86,9 min manat, 49,5 min manat və 312,5 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.
"Report"