“Apple” şirkəti “App Store”-dan valideyn nəzarəti funksiyası olan bir neçə tətbiqi silib, çünki öz cihazlarının istifadəçilərinin şəxsi məlumatlarının məxfiliyinin qeydinə qalır.
İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin ismarışında deyilir.
“Apple” izah edib ki, bəzi bu cür tətbiqlərdə “Mobile Device Management” (MDM) texnologiyası istifadə edilib. Bu texnologiya kənar istifadəçilərə cihazın yerləşməsinə, kamerasına, elektron poçtuna, internetdə səhifələrin baxış tarixinə giriş verir. Şirkət kənar tərtibatçılara 2017-ci ilin əvvəlində texnologiyadan istifadə etməyə icazə verib.
“Apple” hesab edir ki, “MDM”-i şirkətlər daxili faydalanma üçün istifadə edə bilərlər. Lakin fərdi şəxslər üçün olan tətbiqlərdə bu texnologiyadan istifadə “App Store”-un siyasətini pozur.
Şirkət tərtibatçılara belə tətbiqlər üçün yenilənmənin buraxılmasına görə 30 gün vaxt verib. Bu tələbi yerinə yetirməyən tətbiqlər “App Store”-dan silinib.
“Apple” valideynlərə övladlarının cihazlarını idarə etməyə kömək göstərən kənar tətbiqləri həmişə “App Store”-da dəstəkləyib. “New York Times”-ın bazar günü söylədiklərinə rəğmən, bu, rəqabət məsələsi deyil. Bu, təhlükəsizlik məsələsidir", - “Apple” mətbuat xidməti bildirib.
“Apple”-ın bəyanatı “The New York Times”-da tətbiq proqramçılarının şirkətin anti-rəqabət davranışına şikayət etdikləri barədə materialı çıxdıqdan sonra yayılıb. Onlar bəyan ediblər ki, “Apple” “App Store”-dan valideyn nəzarəti olan və smartfona sərf edilən vaxtı izləməyə imkan verən “Screen Time” funksiyalı tətbiqləri silir.
Samirə Məmmədova