Mayın 20-si “App Store” istifadəçiləri onlayn-mağazanın işləməsində probem barədə xəbər veriblər. İnsider.az bunu populyar internet resursların işini izləyən “Downdetector”-un məlumatına istinadla bildirir.
Ən çox şikayət Yaponiyadan gəlir. Nasazlıqlar barədə, həmçinin ABŞ, Braziliya və Qərbi Avropanın bir sıra ölkələrindən də xəbər verirlər.
“Downdetector”-un məlumatına görə, istifadəçilərə ya tətbiqin özü əlçatan deyil (bu problem 68%-də yaranır), ya onlar alışı icra edə bilmirlər (bu problemlə 32% qarşılaşır).
Sonuncu dəfə onlayn-mağaza ilə bağlı problem ötən ilin noyabrında yaşanmışdı.
Xatırladaq ki, aprel ayından bəri “Google”, “Facebook”, “İnstagram” və “WhatsApp”-da da problemlər yaşanıb.
Samirə Məmmədova