apple-2020-ci-ilde-yeni-tip-ekran-texnologiyasi-tetbiq-edecek

“Apple” 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlumatlara görə, “Apple Watch” smart saatının displeyi “microLED”, “iPhone” smartfonunda “ProMotion” texnologiyasına əsaslanacaq.

İnsider.az xəbər verir ki, indi “Apple Watch” smart saatında “LG Display” tərəfindən tədarük olunan “OLED” panellər quraşdırılır. “Economic Daily News” nəşri yazır ki, 2020-ci ildə sözügedən qurğular “microLED” displeylərlə təchiz ediləcək.

“microLED” texnologiyası ilə hazırlanmış ekranlar maye kristal və OLED displeylərlə müqayisədə daha incə, daha parlaq və enerji baxımından səmərəlidir. Eyni zamanda sözügedən texnologiya üzrə ekran istehsalı daha baha və çətin başa gəlir.

2020-ci ildə təqdim olunacaq “iPhone” smartfonunun displeyi isə “ProMotion” texnologiyası ilə təchiz ediləcək. Bu sistem qurğularda təsvirin yenilənməsi üçün dəyişən tezliklə (60/120 Hers) təmin edir ki, bu da məhsuldarlığı və avtonom iş vaxtını yüksəldir.