apple-amazon-u-kecdi

Apple Amazon-u keçdi

Apple Inc. şirkətinin səhmləri, iPhone 12 modellərinə  güclü tələb və sürücüsüz avtomobil istehsalı planı mövzusundakı nikbinlik ilə dekabr ayında 16% bahalaşıb. Marja xəbər verir ki, bu artım ilə 2020-ci ildə Apple şirkətinin səhmlərinin bahalaşması nisbəti Amazon şirkətinin səhmlərinin bahalaşması nisbətini keçib. Bu il Apple-ın səhmləri 87%, Amazon-un səhmləri isə 79% bahalaşıb.

Analitiklər, yaxşılaşan bir iqtisadiyyatın iPhone-lar, Airpodlar kimi cihazlara və xidmətlərə tələbi daha çox artıracağını təxmin edirlər. 

Bloomberg-in  məlumatına görə, Apple-ın gəlir artımının 2020-ci maliyyə ilində 6%-dən 2021-ci maliyyə ilində 15%-ə qalxması və mənfəət  artımının isə iki qat artaraq  20%-ə çatacağı gözlənilir.