Kompyuter və telefon istehsalçısı Apple şirkəti, 2024-cü ildə öz batareya texnologiyasını istifadə edərək minik avtomobili istehsal etməyi planlaşdırır.
İnsider.az Reuters-ə istinadən xəbər verir ki, Apple sürücüsüz sürüş texnologiyasına yönələrək 2024-cü ildə fərdi istifadə üçün avtomobil istehsal etməyi planlaşdırır. Avtomobildə Apple-ın öz batareya texnologiyası istifadə ediləcək.
Apple-ın səhmləri xəbərdən sonra bahalaşıb, Tesla-nın səhmləri isə 6,7% düşüb.
Pandemiyadan sonra yaşıl bir iqtisadi inqilabın reallaşacağı gözləntiləri ilə bərabər, elektrikli avtomobil bazarı da böyüyür.