apple-ayaqqabilari-herraca-cixarilib

Apple ayaqqabıları hərraca çıxarılıb

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin 1990-cı illərdə işçiləri üçün hazırladığı “Apple” markalı idman ayaqqabıları hərraca çıxarılıb.

Nyu-Yorkda yerləşən "Sotheby's" hərrac evi 50 min dollara bir  “Apple” cüt idman ayaqqabısını hərraca çıxarıb.

Marja.az xəbər verir ki, hərrac evi "Apple"ın göy qurşağı rəngli köhnə loqosu olan ağ dəri ayaqqabıların heç istifadə edilmədiyini, lakin bəzi hissələrinin saraldığını açıqlayıb.

Satışa çıxarılan “Apple” markalı ayaqqabıların 41 nömrə olduğu qeyd edilib.

Apple-ın birinci nəsil smartfonu fevral ayında onlayn hərracda 63 min dollara satılıb.

2021-ci ildə şirkətin qurucuları Stiv Voznyak və Stiv Cobsun 1976-cı ildə istehsal etdiyi orijinal Apple kompüteri ABŞ-da keçirilən hərracda 400 min dollara alıcı tapmışdı.

Marja