apple-bazar-deyeri-3-trilyon-dollari-kecen-ilk-sirket-oldu

Apple bazar dəyəri 3 trilyon dolları keçən ilk şirkət oldu

ABŞ texnologiya nəhəngi Apple-ın birjada dəyəri 3 trilyon dolları keçib.

Covid-19 epidemiyasının başladığı 2020-ci ildən bəri səhmləri 3 dəfədən çox bahalaşan Apple-ın bazar dəyəri bazar ertəsi günü 3 faizə yaxın bahalaşıb.

2022-ci ilin ilk ticarət günündə şirkətin bir səhminin qiyməti 182,88 dollara yüksəlib.

Şirkətin bazar kapitallaşması gün ərzində 3 trilyon dollara çatıb. Beləliklə, Apple 3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət olub.

Apple-ın ardınca 2,5 trilyon dollarlıq bazar kapitalı ilə Microsoft və 1,9 trilyon dollar bazar dəyəri ilə Google-un ana şirkəti "Alphabet" gəlir.

Bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan Apple, 19 avqust 2020-ci ildə  2 trilyon dollar bazar dəyərinə çatmışdı.

Marja