Bloomberg jurnalistləri Apple Card-ın tərkibini öyrəndikdən sonra müəyyən ediblər ki, bu kart 90% olaraq həqiqətən də titandan hazırlanıb.
İnsider.az xəbər verir ki, təhlil aparmaq üçün jurnalistlər Berkli universitetinin mineraloqu Hans-Rudolfu cəlb ediblər.
Elektron mikroskopun köməyi ilə müəyyən edilmişdir ki, kart 90% titandan, 10% isə alüminiumdan hazırlanıb.
Qeyd edək ki, Apple Card “Goldman Sachs” ilə birgə, 2019-cu ilin avqustunda buraxılıb.
İstifadəçilər üçün xüsusi instruksiya hazırlanmışdır. Belə ki, digər kartlar Apple Card-ı cıza, parçalar isə onun rənginin dəyişməsinə səbəb ola bilər.
© Banker.az