ABŞ-ın texnologiya şirkəti Apple, 2014-cü ildən bəri ilk yeni əsas məhsul seriyası olan "Vision Pro" başlığını təqdim edib. Apple-ın baş direktoru Tim Kuk bildirib ki, yeni qulaqlıq “real dünya ilə virtual dünyanı mükəmməl birləşdirir”.
Apple öz yeni texnologiyalarını, o cümlədən iOS 17 əməliyyat sistemini, 15 düymlük MacBook Air, M2 Ultra çipi və yenilikləri illik developer tədbiri WWDC-də təqdim edib.
Tədbirdə, Şirkətin 2014-cü ildən bəri elan etdiyi ilk yeni əsas məhsul seriyası "Vision Pro" başlığı da təqdim edilib. Məhsulun gələn ilin əvvəlində ABŞ-da "apple.com" və Apple Store mağazalarında 3499 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı bildirilib.
Apple şirkətinin Vision Pro ilə bağlı verdiyi açıqlamada məhsulun şirkətin ilk optik məkan kompüteri (spatial computing) olduğu qeyd edilib.
"Vision Pro" istifadəçilərə rəqəmsal məzmunu fiziki dünya ilə əlaqələndirir, başqaları ilə əlaqə saxlamağa imkan verir. Məhsul "inqilabi" olaraq xarekterizə olunub.
Apple-ın baş direktoru Tim Kuk bildirib ki, yeni qulaqlıq “real dünya ilə virtual dünyanı mükəmməl birləşdirir”.
Açıqlamada, "Vision Pro"nun istifadəçinin gözləri, əlləri və səsi ilə idarə olunan interfeys təqdim etdiyi və məhsulun ultra yüksək performansa sahib olduğu bildirilib.
Cihaz Apple-ın ilk məkan əməliyyat sistemi visionOS ilə çalışır.
Facebook, Instagram və WhatsApp-ın sahibi Meta ötən həftə yeni virtual reallıq eynəkləri Quest3-ü də təqdim edib. Məhsulun qiyməti 499 dollar olaraq açıqlanıb.
Ətraflı: https://www.apple.com/apple-vision-pro/
Marja