apple-den-sonra-lg-de-elektrikli-avtomobil-bazarina-daxil-olur

Apple-dən sonra LG də elektrikli avtomobil bazarına daxil olur

Apple-dən sonra LG-nin də elektrikli avtomobil bazarına daxil olacağı açıqlanıb.

LG Electronics şirkəti, Kanadanın elektrikli avtomobil ehtiyat hissələri istehsalçısı Magna International şirkəti ilə ortaq şirkət quracaq. 

İnsider.az xəbər verir ki, ortaq şirkətin əksəriyyət səhmləri LG-nin olacaq, Magna da 453 milyon dollar qarşılığında şirkətin 49% hissəsini satın alacaq.

Ortaq  şirkət, Koreya və Çindəki zavodlarında elektrikli mühərriklər, elektrikli sürüş sistemləri və s. istehsal edəcək.

Xəbərdən sonra LG Electronics şirkətinin səhmləri 30% ətrafında bahalaşıb. Şirkətin ən böyük səhmdarı LG Corp-un səhmləri isə 10% dəyər qazanıb.

Qlobal avtomobil tədarükçüləri də böyüyən elektrikli vasitə bazarından faydalana bilmək üçün mövqe tuturlar. Reuters-in çərşənbə axşamı günü yaydığı bir xəbərdə Apple-ın elektrikli avtomobil bazarına daxil olmağı planlşdırdığı və 2024-cü ildə istehsala başlayacağı bildirilmişdi.

Marja