“Apple” “Face ID” və “Touch ID” vasitəsilə “iCloud”-a girişi test edir. Yeni funksiyanın işə salmaq üçün cihazda “iOS 13”, “iPadOS” və ya “macOS Catalina”-nın beta-versiyaları quraşdırılmalıdır. İnsider.az-ın verdiyi xəbərə görə, buna “9to5Mac” diqqət yetirib.
“iCloud”-un “Safari”-də işə salınması zamanı cihazın üzərinə biometrik verilənləri olan “Apple ID” vasitəsilə girişin icrası barədə üzə çıxan pəncərə gəlir.
Razılıq olduğu halda, sayt istifadəçini “beta.icloud.com”-a yönləndirir.
Samirə Məmmədova