“Apple” şirkətin ilk avtomobilini hazırlayan komandanı buraxıb.
Bu barədə nüfuzlu insayder Minq-Chi Ko məlumat verib.
Analitikin fikrincə, korporasiyanın top-menecerləri layihənin gedişatından narazıdırlar və yeni mütəxəssisləri işə götürməyə hazırlaşırlar.
Mütəxəssis hesab edir ki, avtomobilin buraxılış vaxtı yenidən dəyişib.
Minq-Chi Konun sözlərinə görə, “Apple” elektrik avtomobilini 2025-ci ildən tez olmayaraq təqdim edəcək.
Oxu.Az